14 ölkədən Suriyaya atəşkəs çağırışı


Dünya 26 Fev 2020 20:54:00 136 0

14 ölkədən Suriyaya atəşkəs çağırışı

Avropa Birliyinə 14 üzv ölkə Suriya rejimini və dəstəkçilərini İdlib bölgəsinə hücumları dayandırmağa və 2018-ci ilin yazında qəbul olunan atəşkəsə əməl etməyə çağırıb.

Son.az "Qafqazinfo"ya ortalına istinadən xəbər verir ki, bu barədə 14 ölkənin Xarici İşlər naziri ortaq bir məqalə hazırlayaraq bəyanat yayıblar.

"Onları hücumları dərhal dayandırmağa, beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə çağırırıq", - deyə məqalədə qeyd olunub.

Həmçinin humanitar yardımların Suriyanın şimal-qərbinə köçürülməsinə maneə yaratmamaq tələb olunub.