Türkiyə vətəndaşlarını bu ölkələrə səfər etməməyə çağırdı


Dünya 26 Fev 2020 20:59:00 137 0

Türkiyə vətəndaşlarını bu ölkələrə səfər etməməyə çağırdı

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İtaliya və İraqa səfər etməməyə çağırıb.

Son.az Yenicag.az-a istinadən xəbər verir ki, məlumatda bildirilib:

"İtaliya və İraqda koronavirusa yoluxma faktlarının artdığını nəzərə alaraq, vətəndaşlarımıza zərurət yaranmadığı təqdirdə bu bölgələrə səyahət etməməyi tövsiyə olunur".