Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar


Digərləri 26 Fev 2020 20:09:00 105 0

Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar

Abşeron rayon sakini R.Əliyevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini R.Əliyev fevralın 24-də Azadlıq prospektində "VAZ-21012" markalı avtomobilinə sərnişin qismində oturmuş 1 nəfərin ona zor tətbiq edib pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.