İranın 243 kəndi ilə əlaqə kəsilib


Dünya 26 Fev 2020 19:49:00 107 0

İranın 243 kəndi ilə əlaqə kəsilib

"Sel İranın qərbində yerləşən Lorestan vilayətində 243 kəndlə əlaqə yollarını kəsib".

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Yol və Nəqliyyat Təşkilatının sədr müavini Xudadad Moqəbbeli deyib. Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, infrastrukturlara 5-6 trilyon rial (təxminən 119-142 milyon dollar) xəsarət dəyib.

Moqəbbeli əlavə edib ki, Lorestan vilayətində 258 yerdə torpaq sürüşməsi qeydə alınıb.

Təşkilat rəsmisi bildirib ki, əsas problem Xürrəmabad-Poldoxtər istiqamətindədir və bu istiqamətdə Kəşkan çayı daşıb.