Şagird riyaziyyat müəllimini bıçaqladı


Dünya 26 Fev 2020 19:34:00 103 0

Şagird riyaziyyat müəllimini bıçaqladı

Rusiyanın Ulyanovsk vilayətində şagird müəllimini bıçaqlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında vilayət məktəblərinin birində 15 yaşlı şagird 59 yaşlı riyaziyyat müəlliminə mətbəx bıçağı ilə xəsarət yetirib.

Şagirdin müəllimi ona aşağı qiymət yazdığı üçün bıçaqladığı təxmin edilir.

Vilayət qubernatoru Serqey Morozov "Facebook" səhifəsində hadisəyə münasibət bildirib:

"Təhsil Nazirliyi və Ulyanovsk şəhər administrasiyası bu məsələ ilə məşğul olacaq və bizə məlumat veriləcək. Biz uşağın nə üçün belə addım atdığını öyrənməliyik. Bu məsələ nəzarətimdədir".