Qadınlara gigiyenik vasitələr pulsuz veriləcək


Dünya 26 Fev 2020 18:44:55 141 0

Qadınlara gigiyenik vasitələr pulsuz veriləcək

Şotlandiya parlamenti qadınlara gigiyenik vasitələrin pulsuz verilməsi haqqında qanun qəbul edib.

Şotlandiya parlamenti qadınlaragigiyenik vasitələrin pulsuz verilməsi haqqında qanun qəbul edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, sənədə əsasən, pulsuz tampon və bezlər aptek, icma mərkəzləri və gənclər klublarında pulsuz paylanılacaq.

Təşəbbüs ölkəyə illik 24,1 mln. funt sterlinqə başa gələcək.

“Niyə 2020-ci ildə tualet kağızlarından istifadə vacibdir, ancaq bezlər yox? Təbii bədən funksiyalarına görə insanları maliyyə cəhətdən cəzalandırmaq ədalətsizlikdir”, - qanun layihəsinin həmmüəllifi Alison Conston açıqlayıb.

Qeyd edək ki, 2018-ci ildə Şotlandiya məktəbli vətələbə qızlarıpulsuz gigiyenik vasitələrlə təmin edən ilk ölkə olub.