Dünyada nə qədər milyarder var?


İqtisadiyyat 26 Fev 2020 18:22:26 139 0

Dünyada nə qədər milyarder var?

2019-cu ildə dünyada milyarderlərin sayı 2018-ci illə müqayisədə 346 nəfər, yaxud 14% artaraq 2 816-ya çatıb.

© google.az

2019-cu ildədünyada milyarderlərin sayı 2018-ci illə müqayisədə 346 nəfər, yaxud 14% artaraq 2 816-ya çatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bunun 1 428-i, yaxud 50,7%-i Çin və ABŞ-da yaşayır. Ötən ilÇin milyarderlərinin sayı 182 nəfər, yaxud 29,5% artaraq 799, ABŞ milyarderlərinin sayı isə 59 nəfər, yaxud 10,4% artaraq 629 olub.

Dünyada ən çox milyarder də elə bu ölkələrin aparıcı şəhərlərindəyaşayır. Belə ki, Çinin paytaxtı Pekində 110, ABŞ-ın iqtisadi mərkəzi Nyu-Yorkda isə 98 milyarder var.