İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir - VİDEO


Dünya 26 Fev 2020 18:05:22 146 0

İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir - VİDEO

İrandan ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

© google.az

İrandan ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

“Report” “Iran International” telekanalına istinadənxəbər verir ki, ölkədə 88 nəfər koronavirusdan ölüb.

Telekanal İranın Gülüstan əyalətinin Minudəşt şəhərindəki xəstəxanada koronavirusdan ölən şəxsin meyitinin təhvil verilməsinin görüntülərini yayıb.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 19 nəfərin koronavirus infeksiyasından öldüyünü və 139 nəfərə koronavirus diaqnozu qoyulduğunutəsdiqləyib. İran səhiyyə nazirinin müavini İrəç Hərirçi və Tehran şəhərinin deputatı Mahmud Sadiqinin də koronavirusa yoluxduğu açıqlanıb.

Qeyd edək ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 279-dan çoxdur.

یکی از مخاطبان #ایران_اینترنشنال با ارسال ویدیویی از مرگ یک نفر در شهرستان مینودشت در استان گلستان می‌گوید او مشکوک به ابتلا به ویروس #کرونا بوده است. منابع ایران اینترنشنال تایید کرده‌اند تعداد قربانیان ویروس کرونا در ایران تاکنون ۸۸ نفر است. pic.twitter.com/FnxUZzEbyY

— ايران اينترنشنال (@IranIntl) February 26, 2020