Boşanmaq istəyən 21 yaşlı həyat yoldaşını gözündən güllələdi


Dünya 26 Fev 2020 17:59:00 137 0

Boşanmaq istəyən 21 yaşlı həyat yoldaşını gözündən güllələdi

Ayrılmaq istədiyi əri tərəfindən ov tüfəngi ilə vurulan gənc qadın sağ gözünü itirib, sol gözündə isə görmə məhdudiyyəti yaranıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Qaziantep vilayətində baş verib. 

Məlumata görə, əri Behzat Y.-dən ayrılmaq istəyən 21 yaşlı Dilek Y. ata evinə qayıdıb. Behzat Y. danışmaq bəhanəsi ilə qayınatasının evinə gedib və orada arvadına atəş açıb.

Tüfəngdən çıxan qırma güllələr Dilek Y.-nin başına dəyib. Qanlar içində yerə yıxılan qadın 21 gün reanimasiyada yatıb. 

Hadisə günü ilə bağlı gənc qadın bunları deyib: