Kanadada koronavirusa yoluxanların sayı artdı


Dünya 26 Fev 2020 17:34:46 123 0

Kanadada koronavirusa yoluxanların sayı artdı

Kanadanın Ontario əyalətində koronavirusa yoluxanların sayı artdı

© google.az

Kanadanın Ontario əyalətinin rəhbərliyi bölgədə koronavirusa yoluxan 5-ci şəxsinqeydə alındığını bildirib.

“Report” xəbər verir ki, bu barədə məlumatı CBC telekanalı yayıb.

Daha 7 nəfərə isə Britaniya Kolumbiyası əyalətindəkoronavirus diaqnozuqoyulub.Bununla daKanadada koronavirusa yoluxanların sayı 12-yə çatıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 279-dan çoxdur.