Azərbaycanda 3 nəfərin güllələnməsi ilə bağlı bəzi məqamlar üzə çıxdı


Digərləri 26 Fev 2020 17:24:00 135 0

Azərbaycanda 3 nəfərin güllələnməsi ilə bağlı bəzi məqamlar üzə çıxdı

Bu gün Masallı rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Təzəkənd kənd sakini Ağayev Sərxan Azayxan oğlu avtomatla yaşadığı evin həyətində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını, qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib.

O, daha sonra avtomatla öz sifət nahiyəsinə atəş açıb. Miralim və Alimə aldıqları xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada keçiniblər. Sarvan Ağayevin vəziyyətinin kritik olduğu və yaşamaq şansının olmadığı, Z.Nəbiyevanın vəziyyətinin isə ağır olduğu bildirilib.

İlkin araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl A.Nəbiyeva S.Ağayevdən boşanmaqla bağlı məhkəməyə müraciət edib və uşağa görə aliment kəsilib.

Bu gün isə gəlinin ailə üzvləri onun cehizini aparmaq üçün Sarvangilin həyətinə gəlib. Bu zaman S.Ağayev avtomatla atəş açmağa başlayıb və dəhşətli hadisə baş verib.