Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib


Digərləri 26 Fev 2020 17:13:00 137 0

Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib

Xaçmaz KOB İnkişaf Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən startap və kiçik sahibkarların iştirakı ilə təlim keçirilib.

Son.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, "Korporativ hüquq" mövzusunda təşkil olunmuş budəfəki təlimdə əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə, müflisləşmə və sair məsələlər barədə ətraflı məlumat verilib, KOB-ları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz "KOB evi"ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzi kiçik və orta sahibkarları, biznesə yeni başlayanlara təlim və məsləhət xidmətləri göstərir.