Şəmkirdə azyaşlını avtomobil vurdu


Sosial 26 Fev 2020 17:01:21 108 0

Şəmkirdə azyaşlını avtomobil vurdu

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

© google.az

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, azyaşlı avtomobil yoluna çıxıb.

Bu zaman hərəkətdə olan avtomobil azyaşlını vurub, daha sonra 2 avtomobilə çırpılıb. Qəza zamanı azyaşlı piyada və sürücü xəsarət alıb. Hər iki yaralı xəstəxanaya aparılıb.

Piyadanın vəziyyətinin ağır, sürücünün isə vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.