İƏT baş katibi Xocalı faciəsinin 28ci ildönümü ilə bağlı bəyanat yayıb


Siyasət 26 Fev 2020 16:31:00 108 0

İƏT baş katibi Xocalı faciəsinin 28ci ildönümü ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, Xocalı faciəsi Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində baş verib.

Bəyanatda qeyd olunub: "İƏT Xarici İşlər Nazirləri Şurasının 2019-cu ildə Əbu-Dabidə keçirilmiş 46-cı sessiyasında işğal edilmiş Azərbaycan ərazilərindəki mülki azərbaycanlılara qarşı törədilən əməllər müharibə, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirilib. Qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında ən qısa müddətdə siyasi həllinə çağıran İƏT Xarici İşlər Nazirləri Şurasının qətnamələrini bir daha xatırladırıq".