Rusiyalı ekspert: "Xocalı soyqırımının təqsirkarları məhkəmə qarşısına çıxmalıdır"


Siyasət 26 Fev 2020 16:12:37 159 0

Rusiyalı ekspert: "Xocalı soyqırımının təqsirkarları məhkəmə qarşısına çıxmalıdır"

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko Xocalı soyqırımının növbəti ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

© Report — İqor Korotçenko

“Biz XX əsrin sonundakı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının qurbanlarını yad etmək üçün buraya toplaşmışıq. Dinc sakinlərinin qətlinə nə vaxt, harada, hansı şəraitdə olursa-olsun heç bir bəraət ola bilməz”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko Xocalı soyqırımının növbəti ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

“Beynəlxalq humanitar hüququn müddəaları dinc əhalini hər cür hərbi zorakılıqdan qorunmasını təsbit edir. Lakin Xocalı faciəsində günahsiz dinc sakinlər, yeganə günahı həmin vaxt həmin şəhərdə olmalarından ibarət olan insanların kütləvi qırğını baş verib”, - deyən ekspert soyqırımının bütün iştirakçılarının sərt cəzalandırılmalarının vacibliyini dilə gətirib: “Məlum olduğu kimi, insanlığa qarşı cinayətlərin məhdudluq müddəti yoxdur, bu faciədə əli olanlar ədalət normalarına görə cazalarını almalıdır. Buna qəti inanıram. Öldürənlər də, öldürmək əmrini verənlər də məhkəmə qarşısına çıxıb məsuliyyət daşımalıdır. Bəli, Azərbaycan torpaqlarında baş verənlərin fitvasını verən siyasətçilərin də məsuliyyətindən söhbət açılmalıdır. Xocalıya ədalət, ilk növbədə, bu cür hadisələrin bir daha baş verməməsi üçün zəruridir”.

“İnsanların milli mənsubiyyətinə görə öldürülməsi qəti yolverilməzdir, ona görə də bu gün biz Xocalıya ədalət, qatillərə cəza tələb edirik, tarixin heç zaman unutmayacağı bu qanlı faciə ilə üzləşmiş Azərbaycan xalqı ilə həmrəyik, ona dəstəyimizi bildiririk”, – deyə rusiyalı ekspert vurğulayıb.

“Rusiyanın ekspert ictimaiyyəti adından dərin hüznlə başsağlığı verir, bu faciəni unutmadığımızı, unutmayacağımızı bildiririk. Biz haqq-ədalət tələb edir, ədalətin baş tutacağına inanırıq”, - İ.Korotçenko fikrini tamamlayıb.