Pentaqon 2025-ci ilə qədər nüvə silahı üçün xərclərini açıqladı


Dünya 26 Fev 2020 16:02:36 135 0

Pentaqon 2025-ci ilə qədər nüvə silahı üçün xərclərini açıqladı

Pentaqon nüvə silahının modernləşdirilməsi və etibarlılığının təmin edilməsi üzrə beşillik plan çərçivəsində ABŞ Konqresindən təqribən 167 milyard ABŞ dolları tələb etməyi planlaşdırır.

© CNN.com

Pentaqon nüvə silahının modernləşdirilməsi və etibarlılığının təmin edilməsi üzrə beşillik plan çərçivəsində ABŞ Konqresindən təqribən 167 milyard ABŞ dolları tələb etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki,ABŞ-ın Müdafiə Nazirliyi nüvə üçlüyünə xərcləri ilbəil artırmaq niyyətindədir. 2021-ci il maliyyə ilində (1 oktyabr 2020-ci ildən başlayacaq) prezident Donald Trampın administrasiyası müvafiq hərbi proqramlar üçün 28,9 milyard ABŞ dolları ayırmağı planlaşdırır. Pentaqonun sonrakı maliyyə illəri üçün uyğun olaraq, 30 milyard, 33 milyard, 37 milyard və 38 milyard ABŞ dollar istəyəcəyi bildirilir.

Agentlik nüvə silahının modernləşdirilməsi ilə bağlı beşillik planın təfərrüatını çərşənbə günü müdafiə naziri Mark Esperin açıqlaya biləcəyini yazıb. Belə ki, nazir bu gün Konqresin Nümayəndələr Palatasının Hərbi Qüvvələr Komitəsində ölkənin gələn il üçün hərbi büdcəsi ilə bağlı iclasında çıxış edəcək.