Ərdoğan Azərbaycana səfərindən danışdı


Siyasət 26 Fev 2020 15:38:39 111 0

Ərdoğan Azərbaycana səfərindən danışdı

“Ötən il Azərbaycanla ticarət dövriyyəmiz 4,5 mlrd. ABŞ dollarına çatıb. 2023-cü il hədəfimiz isə 15 mlrd. ABŞ dollarıdır”.

Rəcəb Tayyib Ərdoğan

“Ötən il Azərbaycanla ticarət dövriyyəmiz 4,5 mlrd. ABŞ dollarına çatıb. 2023-cü il hədəfimiz isə 15 mlrd. ABŞ dollarıdır”.

“Report” TRT-yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Qarşılıqlı investisiyalarımız hər gün artır, müdafiə sənayesi sahəsində də sıx əməkdaşlığımız var. Regional məsələlərdə də Azərbaycanla həmrəyik. Dağlıq Qarabağ mövzusunda Azərbaycanın yanındayıq, işğal altındakı torpaqlar artıq azadlığa qovuşmalı və bölgəyə sülh və stabillik gəlməlidir”, - prezident deyib.