AŞ Nazirlər Komitəsinin sessiyası Tbilisidə keçirilməyəcək


Dünya 26 Fev 2020 15:40:04 83 0

AŞ Nazirlər Komitəsinin sessiyası Tbilisidə keçirilməyəcək

Avropa Şurasının Nazirlər Komitəsinin 130-cu sessiyası Tbilisi əvəzinə Strasburqda keçiriləcək.

© google.az

Avropa Şurası Nazirlər Komitəsinin 130-cu sessiyası Tbilisi əvəzinə Strasburqda keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, bu barədə qərar Strasburqda Nazirlər Komitəsinin iclasında qəbul olunub.

Tədbirin məkanı Rusiyaya görə dəyişdirilib. Belə ki, bu ölkənin XİN başçısı Sergey Lavrovun sessiyada iştirak məqsədilə Tbilisiyə səfəri mümkünsüz olub.

Qeyd edək ki, iclasın bu il mayın 14-15-də Tbilisidə keçirilməsi nəzərdə tutulurdu.