Ana oğlunu soyuducudan yemək götürdüyünə görə kürəklə döyüb, öldürdü FOTO


Dünya 26 Fev 2020 15:47:00 121 0

Ana oğlunu soyuducudan yemək götürdüyünə görə kürəklə döyüb, öldürdü  FOTO

Uşağın yarası o qədər çox olub ki, hakimin həmin yaraları sadalaması 40 dəqiqə çəkib.

Ögey oğlunu döyərək öldürən qadına hökm oxunub.

Son.az The Sun-a istinadla xəbər verir ki, 6 yaşlı oğlanı kürəklə döyüb öldürən qadının 18 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub.

34 yaşlı Yulia Blokhina ötən ilin aprel ayında Stepan Kukin adlı ögey oğlunu soyuducudan ərzaq götürdüyünə görə döyərək öldürüb. Uşağa mətbəxə girməyə qadağa qoyan Yuliya onu cəzalandırmaq üçün döydüyünü söyləyib.

Dəhşətli hadisə Rusiyanın Voloqda vilayətində baş verib. Uşağın yarası o qədər çox olub ki, hakimin həmin xəsarətləri sadalaması 40 dəqiqə çəkib.