Fransada koronavirusa yoluxanların sayı artır


Dünya 26 Fev 2020 15:23:26 146 0

Fransada koronavirusa yoluxanların sayı artır

Fransada son gündə üç yeni koronavirusa yoluxma halı qeydə alınıb

Fransada son gündə üç yeni koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə Baş Müdirliyinin rəhbəri Jerom Salomon məlumat verib.

Onun sözlərinə görə, xəstələrdən biri Amyen xəstəxanasında ağır vəziyyətdədir, İtaliyadan gələn kişi Strasburqdakı tibb müəssisəsindədir. Virusa yoluxan üçüncü şəxs - 60 yaşlı fransız isə dünən gecə Paris xəstəxanasına olduqca ağır vəziyyətdə gətirilib və ölüb.

Bununla da Fransada aşkar edilmiş və təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 17-yə çatıb.