Böyük Britaniya baş nazirinin ticarət elçisinin Azərbaycana səfər proqramı açıqlandı


Siyasət 26 Fev 2020 15:12:04 159 0

Böyük Britaniya baş nazirinin ticarət elçisinin Azərbaycana səfər proqramı açıqlandı

Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson sabah Bakıya gələcək.&

© Report — Baronessa Emma Nikolson

Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson sabah Bakıya gələcək.

Bu barədə"Report"a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumatverilib.

Qeyd olunub ki, baş nazirin ticarət nümayəndəsi “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak edəcək.

O,BöyükBritaniyanınAzərbaycanınbərpaolunanenerjisektorunainvestisiyaetməyəhazırolduğubarədəməlumatverəcək. başnazirinnümayəndəsiAzərbaycanın yüksək vəzifəli rəsmiləri vəBritaniyanın biznes icması ilə görüşəcək, həmçinin Bakıda yerləşən “Birgə və Sağlam” autizm mərkəzinə baş çəkəcək.

"Bu, Böyük Britaniya ilə Azərbaycanın enerji sektorundakı əməkdaşlığının yüksək səviyyədə olmasını göstərir.Böyük Britaniya Azərbaycanın geniş günəş, külək və hidroenerji potensialını artırmaq üçün öz təcrübəsini və biznesini investisiya etməyə hazırdır", - səfirlikdən bildirilib.

E.Nikolson Azərbaycana səfər öncəsi iki ölkə arasında əlaqələrdən danışıb:“Mən çox şadam ki, 2020-ci ildə baş nazirin region üzrə ticarət elçisi kimi ilk səfərim Azərbaycanadır. Ölkələrimiz arasında enerji, iqtisadiyyat və mədəniyyət daxil olmaqla hər bir sahədə güclü ikitərəfli tərəfdaşlıq mövcuddur və mən bu tərəfdaşlığı daha da inkişaf etdirəcəyimə ümid edirəm.Bu, həm də planetimizin gələcəyi və ətraf mühitə münasibətimiz üçün əsas bir məqamdır. Noyabr ayında Böyük Britaniya bu ilin əsas iqlim dəyişikliyi konfransı olan "COP 26"ya Qlazqoda ev sahibliyi edəcək. Böyük Britaniya artıq 2050-ci ilə qədər karbon (CO2) emissiyalarında sıfıra çatmağı öhdəsinə götürmüşdür və biz bütün ölkələri hamımızın -övladlarımızın və nəvələrimizin birlikdə daha yaşıl bir gələcəyə ümid etmələri üçün səy göstərməyə çağırırıq. Prezident İlham Əliyev artıq Azərbaycanın bərpa olunan enerjini mənimsəmək əzmini açıq şəkildə bildirib və yaxın günlərdə karbon emissiyasının azaldılması ilə bağlı Azərbaycanın Qlazqoda hansı iddialı öhdəlikləri üzərinə götürəcəyini müzakirə etməyi səbirsizliklə gözləyirəm”.