Koronavirus incəsənəti də “vurdu”


Dünya 26 Fev 2020 15:03:00 112 0

Koronavirus incəsənəti də “vurdu”

Çində meydana gələrək dünyaya yayılmağa başlayan koronavirus mədəniyyat sahəsinə də ciddi təsir edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, virusun ortaya çıxdığı ölkələrdə, karantinə alınan şəhərlərdə konsertlər, festivallar, film premyeraları ləğv olunur, kinoteatrlar fəaliyyətini dayandırmağa davam edir.

Rəsmi rəqəmlərə əsasən, kinoteatrlar qısa müddət ərzində 1 milyard dollar ziyana düşüblər. Eyni zamanda dünyaca məşhur ekran işlərinin də Çində premyeraları təxirə salınıb.

Məsələn, "James Bond" seriyasından olan "No Time To Die" filminin Çindəki qalası təxirə salınıb.

Məşhur rejissor Wong Kar-Wai tərəfindən lentə alınan "Blossoms" filminin çəkilişləri dayandırılıb. Dörd ildir ki, üzərində ciddi çalışılan və ssenarisi yazılan layihə təxirə düşüb.

Həmçinin maraqla gözlənilən Tom Kruzun "Mission: Impossible 7" filminin çəkilişlərinə "stop" qoyulub. Ekran işinin yenidən çəkilməsi barədə qərar martın 1-də müzakirəyə çıxarılacaq.