Koronavirusla bağlı Cəlilabad xəstəxanasına yerləşdirilənlərin sayı


Digərləri 26 Fev 2020 15:08:00 296 0

Koronavirusla bağlı Cəlilabad xəstəxanasına yerləşdirilənlərin sayı

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronovirus təhlükəsilə Cəlilabad rayon Xəstəxanasına yerləşdirilənlərlə bağlı növbəti birgə məlumat yayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına bu gün həkim müayinəsi üçün daha 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilmişdir. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.