Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub - RƏSMİ


Sosial 26 Fev 2020 14:42:56 121 0

Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub - RƏSMİ

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına&bu gün həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub.&

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasınabu gün həkim müayinəsi üçün 29 nəfər daxil olub.

"Report" xəbər verir ki, bu barədəSəhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Qeyd olunub ki,dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə, 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Birgə məlumatdaölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılması, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamaq xahiş olunur.