Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi


Digərləri 26 Fev 2020 14:16:00 124 0

Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi

Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov dünyanı vahiməyə salan yeni növ koronavirusların məhv olacağı tarixi açıqlayıb.

Son.az xəbər verir ki, unikal.org-a açıqlama verən R.Mahmudov bildirib ki, ən gec Novruz Bayramına qədər bu epidemiyanın qarşısı alınacaq:

"Maksimum bir aya qədər bu virusun qarşısı alınacaq. Martın ayının 25-nə kimi bu epidemiya məhv olacaq. Bütün virusların bir yaşama müddəti olur. Həmin müddətdən sonra onlar sıradan çıxır".