Dehlidə etirazlarda ölənlərin sayı artır


Dünya 26 Fev 2020 14:08:00 117 0

Dehlidə etirazlarda ölənlərin sayı artır

Hindistanın paytaxtı Dehlinin rəhbəri Arvind Kecrival şəhər ordu qüvvələrinin yeridilməsini təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, həmçinin şəhərin bəzi hissələrin komendant saatının tətbiq olunmasına çağırıb.

Qeyd olunur ki, vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərə etiraz olaraq başlayan aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb.

250-dən çox etirazçının yaralandığı deyilir.