Müslüm Gürsesin xanımı ağır vəziyyətdədir


Dünya 26 Fev 2020 13:57:00 102 0

Müslüm Gürsesin xanımı ağır vəziyyətdədir

Mərhum müğənni Müslüm Gürsesin xanımı, aktrisa Muhterem Nurun həyatı təhlükə altındadır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 87 yaşlı film ulduzu 8 gündür reanimasiyadadır. Şəkər xəstəliyindən əziyyət M. Nura orqan çatışmazlığı diaqnozu qoyulub.

Bildirilir ki, "Yeşilçam"ın aktrisaları Türkan Şoray, Hülya Koçyiğit və Filiz Akın Muhterem Nuru ziyarət etmək istəsələr də, xəstəxanadan icazə verilməyib. Buna səbəb kimi infeksiya riskinin olduğunu göstəriblər.