İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı


Dünya 26 Fev 2020 13:42:26 104 0

İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı

İran Səhiyyə Nazirliyi koronavirusla əlaqədar yeni məlumat yayıb.

© google.az

İran Səhiyyə Nazirliyi koronavirusla əlaqədar yeni məlumat yayıb.

“Report”un IRNA-ya istinadən məlumatına görə, İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə 19 nəfərin koronavirusdan öldüyünü bildirib.

Onun sözlərinə görə, İranda 44 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus diaqnozuqoyulanların sayı 139 nəfərə çatıb.

K.Cahanpur deyib ki, hazırda ölkə ərazisində1 383 nəfər koronavirusa yoluxmaqdaşübhəli bilinir.