İranda tibb bacısı koronavirusdan öldü


Dünya 26 Fev 2020 13:30:47 131 0

İranda tibb bacısı koronavirusdan öldü

İranın Gilan əyalətinin Lahican şəhər xəstəxanasında koronavirusa yoluxduğu güman edilən tibb bacısı ölüb.

İranın Gilan əyalətininLahican şəhər xəstəxanasında koronavirusa yoluxduğu güman edilən tibb bacısı ölüb.

“Report” İranın ILNA xəbər agentliyinə istinadən xəbər verir ki, Nərgiz Xanəlizadənin 25 yaşında olduğu və4 ildir xəstəxanada tibb bacısı işləyədiyi qeyd olunub.

Onun koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik dəqiq məlumdeyil.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədəkoronavirus infeksiyasındanölənlərin sayının 15, yoluxanların sayının isə 95 nəfər olduğunu açıqlayıb.