20 yaşlı qız 13 yaşlı oğlandan hamilə qalıb, uşaq doğdu FOTO


Dünya 26 Fev 2020 13:35:00 252 0

20 yaşlı qız 13 yaşlı oğlandan hamilə qalıb, uşaq doğdu  FOTO

20 yaşlı qız 13 yaşlı oğlandan hamilə qalıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, uşaq bağçasında işləyən 20 yaşlı Leah Cordice azyaşlı ilə cinsi əlaqədə olduğuna görə saxlanılaraq hakim qarşısına çıxarılıb.

O, məhkəmədə ifadəsində bildirib ki, 13 yaşlı oğlan otağında Xbox-la oynayarkən onu yoldan çıxarıb və uşaqla cinsi əlaqədə olub.

Məhkəmə sənədlərində qeyd olunan məlumata görə, onlar bir ay ərzində 2 dəfə intim münasibət yaşayıblar. Qız 13 yaşlı oğlandan hamilə qaldıqdan sonra onun övladını dünyaya gətirib.

Ailəli qadının hamiləliklə bağlı yalan danışdığı iddia olunsa da, DNT testləri nəticəsində uşağın atasının, həqiqətən də, 13 yaşlı oğlan olduğu təsdiqlənib.