İranda daha 4 nəfər koronavirusun qurbanı oldu


Dünya 26 Fev 2020 13:38:55 94 0

İranda daha 4 nəfər koronavirusun qurbanı oldu

İranda indiyədək yeni koronavirusa (Covid 19) 139 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, ötən sutka ərzində 44 nəfərin yoluxma halı qeydə alınıb.

Nazirlik rəsmisi deyib ki, indiyədək bu virus nəticəsində İranda 19 nəfər dünyasını dəyişib.