ABŞ-ın bir şəhərində koronavirusa görə fövqəladə vəziyyət elan olundu


Dünya 26 Fev 2020 13:22:39 96 0

ABŞ-ın bir şəhərində koronavirusa görə fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib.

© google.az

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkə rəsmilərininbu addımı atması koronavirusa hazırlığa çağırış ilə əlaqədar olduğu bildirilir.

“San-Fransiskoda koronavirus hadisəsi hələlik qeydə alınmasa da, dünyada vəziyyət sürətlə dəyişir və biz buna hazırlığımızı gücləndirməliyik”, - şəhərin meri London Brid bildirib.

Xatırladaq ki, ABŞ-da 14 nəfərinkoronavirusa yoluxmasıtəsdiq edilib.Bunlar əsasən xaricə səfərlə bağlı yayılıb. Bundan başqa, “Diamond Princess” kruiz gəmisi və Çinin Uhan şəhərindən təxliyə edilmiş ABŞ vətəndaşlarının 39-da koronavirus infeksiyası aşkarlanıb.