Xələf Xələfov: "Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır"


Siyasət 26 Fev 2020 12:43:07 122 0

Xələf Xələfov: "Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır"

30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri isə Xocalı soyqırımıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib:

"Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib. Bu cinayətlər həm dövlət, həm də fərdi qaydada məsuliyyət yaradır".