Buraxılış imtahanları üzrə yeni onlayn sınaq imtahanları keçirilir


Digərləri 26 Fev 2020 12:34:00 135 0

Buraxılış imtahanları üzrə yeni onlayn sınaq imtahanları keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahanları keçirir.

DİM-dən Son.az-a bildirilib ki, otk.az portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılıb, özünüzə uyğun günün istənilən vaxtı imtahan verə bilərsiniz. Portalda aşağıdakı yeni onlayn sınaq imtahanlarına yazıla bilərsiniz:

- IX sinif buraxılış imtahanı (I və II mərhələ);

- IX sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı;

- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi);

- XI sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı.