Çemodana girən 42 yaşlı kişi boğulub öldü


Dünya 26 Fev 2020 11:39:00 111 0

Çemodana girən 42 yaşlı kişi boğulub öldü

Sevgilisini ölümə tərk edən floridalı qadın polis tərəfindən saxlanılıb.

Son.az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yaşayan 42 yaşlı Jorge Torrez Jr sevgilisini ölümə tərk edib.

O, ifadəsi zamanı bildirib ki, həmyaşıd sevgilisi ilə birlikdə spirtli içki qəbul etdikdən sonra gizlənqaç oynayıblar. Jorge sevgilisini çemodana girməyə təkid edib, sonra da "zamoku" bağlayıb.

WKMG yazır ki, yuxuya gedən qadın ayılıb çemodanı açdıqda sevgilisinin boğulub öldüyünü görüb. O, 911-ə zəng edərək yardım istəyib.

Qadın hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb.