Allahverdi, İmamverdi, indi də Cəlal: Ermənilərin övladlarına azərbaycanlı adları vermək ƏNƏNƏSİ...


Dünya 26 Fev 2020 09:55:00 152 0

Allahverdi, İmamverdi, indi də Cəlal: Ermənilərin övladlarına azərbaycanlı adları vermək ƏNƏNƏSİ...

Allahverdi, İmamverdi. Yəqin xatırladınız, Cəfər Cabbarlının "1905-ci ildə" pyesində səngərdə qarşı-qarşıya gələn qonşular, azərbaycanlı və erməni...

Ermənilər həmişə övladlarına Azərbaycanlı adı qoyublar. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz.

Sadəcə, dünya çapında oturuşmuş bir məsələ var ki, hər zaman gəlmələr aborigenlərə yaxın olmaq üçün  özlərini onların mədəniyyətinə, məişətinə yaxın göstərməyə çalışıb, övladlarına onlara məxsus adları qoyublar. Bəli, bu, dünyanın hər yerində gəlmələrə məxsus xüsusiyyətdir.

İndi ermənilər nə qədər danmağa çalışsalar da, gəlmə xüsusiyyətləri onlarda özünü hər zaman biruzə verib.

Çox da uzağa getməyək.

Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında yaradılan qondarma rejimdə kadr dəyişikliyi olub.

Rejimin yeni "müdafiə naziri" postuna Cəlal Arutunyan təyinat alıb. Yeni komandirin ermənilər arasında rast gəlinməyən, Cəlal adını daşıması istər erməni, istərsə də işğal altındakı regionda baş verənləri monitorinq edən azərbaycanlı jurnalistlərin marağını çəkib.

Son.az xəbər verir ki, modern.az məsələ ilə bağlı sosial şəbəkələrin erməni seqmentində kiçik araşdırma aparıb. Bu araşdırma Qarabağda yaşayan ermənilər arasında övladlarına müsəlman adları vermək ənənəsinin uzun illər mövcud olduğunu göstərir.

Armen Manas adlı erməni istifadəçisi sosial şəbəkədə öz fikirlərini bölüşərək "Maraqlı addı...Cəlal...ilk dəfədir ki, erməni də bu adı eşidirəm"-deyə sual edib.