Türkiyədə güclü zəlzələ baş verib


Dünya 26 Fev 2020 07:35:00 94 0

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Malatya vilayətində 5,0 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Pütürqe rayonunda olub. Yeraltı təkanların episentri 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Şanlıurfa, Elazığ, Diyarbakır, Kahramanmaraş, Adıyaman və ətraf illerde hiss edilib. Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.