Güclü külək Ucarda fəsadlar törətdi


Sosial 26 Fev 2020 04:52:31 111 0

Güclü külək Ucarda fəsadlar törətdi

Güclü külək Ucar rayonunda bir sıra fəsadlara yol açıb.

Güclü külək Ucar rayonunda bir sıra fəsadlara yol açıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Bununla yanaşı, bir sırakəndlərin bağ sahələrində yanğın hadisələri qeydə alınıb. Nəticədə meyvə ağacları yanıb. Yanğınların baş verdiyi ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri cəlb edilib.

Araşdırmalar aparılır.