Trampla xanımına 2018ci ildə verilən bahalı hədiyyələr


Digərləri 26 Fev 2020 01:30:00 139 0

Trampla xanımına 2018ci ildə verilən bahalı hədiyyələr

ABŞ Federal Reyestr xidməti 2018-ci ildə federal orqan əməkdaşlarının xarici hökumət rəhbərlərindən aldığı hədiyyələrin siyahısını dərc edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda ABŞ Prezidenti Donald Trampla xanımı Melaniya Trampın da adı var.

Sənədə əsasən, amerikalı lider Rusiya Prezidenti Vladimir Putindən Rusiyada keçirilən Futbol üzrə Dünya Kubokuna həsr olunmuş, 1500 dollar dəyərində 12 gümüş pul sikkəsi hədiyyə alıb.

Fransa Prezidenti Emmanuel Makron isə Trampa dəyəri 8 min dollardan çox olan "Louis Vuitton" çantası bağışlayıb.

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ prezidentinə 470 dollarlıq beluqa balinasının təsvir olunduğu mərmər heykəl hədiyyə edib.