Google Anroid 11i təqdim etdi: Hansı yenilik var?


Digərləri 25 Fev 2020 23:55:00 108 0

Google Anroid 11i təqdim etdi: Hansı yenilik var?

Google şirkəti Android 11 Developer Preview-in ilkin versiyasını təqdim edib. Android 11 Developer Preview istifadəçilərin qarşısına bir çox yeni funksiyalarla çıxıb.

Son.az ted.az-a istinadən bildirir ki, Android 11 DP1 ilk növbədə proqramçılar üçün nəzərdə tutulub.

Proqramçılar Android 11 DP1 vasitəsilə tətbiqi yeniləyə biləcəklər. Ona görə də, tətbiqin son versiyasında bəzi funksiyalar ilkin versiyada olmaya bilər. Həmçinin ilkin versiya qeyri-sabit işləyəcək. Hələki sistem Pixel 4 və  Pixel 4 XL smartfonları üçün əlçatandır.

Təxminən ayda bir dəfə Android 11 üçün yeni funksiya və bug-ı olan yenilənmə təqdim ediləcək. Bu ilin may ayında Google I/O 2020 proqramçıları üçün konfransda sistem haqqında daha ətraflı məlumat veriləcək və onun yeni imkanlarından danışılacaq. Konfransdan sonra isə yenilənmənin beta versiyası yaranacaq. Sistemin final versiyası ilin üçüncü rübündə təqdim olunacaq.

Android 11-də nə dəyişdi

Android Central-ın məlumtaına görə, Android 11-ə qədər olan yenilənmə hələki 10 illik sistemin fonunda zəif görünür. Yenilənmədə sadəcə kosmetik dəyişikliyi və bir neçə yeni funksiyanı görmək mümkün olur. Lakin sistemdə kardinal dəyişiklik yoxdur. Ola bilər ki, gələcəkdə yenilənmə sferasında  dəyişikliklər daha çox olacaq.