China Mobile 5G bazarını sürətlə ələ keçirir


Digərləri 25 Fev 2020 23:40:00 114 0

China Mobile 5G bazarını sürətlə ələ keçirir

China Mobile abonentlərinin sayı bütün Cənubi Koreya operatorlarının sayından çoxdur.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda China Mobile şirkəti məlumat yayıb.

Məlumata görə, sözügedən operator tərəfindən 74 min 5G baza stansiyası quraşdırıb. Bununla da, 5G abonentlərin sayı 6,7 milyonu ötüb. Cənubi Koreyada isə hazırda təxminən 4 milyon 5G abonenti var.

Bununla da, China Mobile dünyada ən nəhəng 5G bazasına malik mobil operator şirkətinə çevrildi. İlk dəfə olaraq, Cənubi Koreya 5G kommersiya layihəsini tətbiq etsə də, mütəxəssislər bu sahədə Çinin lider olacağını öncədən proqnoz etmişdilər.