Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu - FOTO


İqtisadiyyat 25 Fev 2020 23:36:59 144 0

Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu - FOTO

Bu səhərdən əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.

Bu səhərdən əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, hazırda qurum əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur:"Güclü külək "Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən Ağdamda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəzanın baş verdiyi ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib.

Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək".

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək