Android telefonları artıq iPhonelardan daha təhlükəsiz ola bilər


Digərləri 25 Fev 2020 23:15:00 139 0

Android telefonları artıq iPhonelardan daha təhlükəsiz ola bilər

Bu günə qədər iOS əməliyyat sistemli iPhone-ların Android təminatlı smartfonlardan daha etibarlı olduğu deyilirdi. Bu, həqiqətən, belədirmi?

Kiber təhlükəsizlik mütəxəssisləri yeni hesabat yayımlayıblar.

Hesabata görə, təhlükəsizlik baxımından bir çox Android təminatlı telefonlar, xüsusən də Huawei smartfonları iPhone-lardan üstündür.

iPhone-ların şifrəsi güclü vasitələrlə qırıla bilər.

Bildiyimiz kimi, FTB Apple-dan bəzi cinayətkarların iPhone-larına daxil olmaq üçün kömək etmələrini istəmişdi. Lakin şirkət gizlilik səbəbi ilə FTB-nin bu tələbini rədd etmişdi. Şirkət nümayəndələrinin bu qərarı ABŞ prezidenti Donald Trampın tənqidinə də səbəb olmuşdu.

Ancaq cib telefonları və mobil qurğular üçün məlumat çıxarma, ötürmə və analiz cihazları istehsal edən İsrail şirkəti "Cellebrite" hazırladığı bir vasitə sayəsində bütün iPhone modellərini asanlıqla deşifrə edə bilir. FTB bəzi hallarda, hətta İsrail şirkətindən kömək alır.