AMEAdakı veteran alimlərin sayı açıqlandı


Digərləri 25 Fev 2020 23:03:00 115 0

AMEAdakı veteran alimlərin sayı açıqlandı

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 2447 veteran çalışır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) sədri Eldar Quliyev deyib.

E.Quliyev 2013-2019-cu illər ərzində 802 veterana "Əmək veteranı" adı və vəsiqəsinin verildiyini söyləyib.

O qeyd edib ki, sözügedən veteranlardan 23-ü akademik, 23-ü AMEA-nın müxbir üzvü, 262-si elmlər, 517 nəfəri isə fəlsəfə doktorudur.

E.Quliyev, həmçinin 1 nəfərin Böyük Vətən Müharibəsi, 16 nəfərin Əfqanıstan, 91 nəfərin isə Qarabağ müharibəsi veteranı olduğunu söyləyib.