Hesabınıza sizdən başqa kim daxil olub?


Digərləri 25 Fev 2020 23:10:00 157 0

Hesabınıza sizdən başqa kim daxil olub?

Bir neçə müddətdir ki, sosial şəbəkələrdə təhlükəsizlik mövzusu dildən düşmür. Əslində, təhlükəsizliklə bağlı olan istənilən məsələ hər zaman öz aktuallığını qoruyur, son zamanlar isə vəziyyət daha da gərginləşdi. "Ghosty", "Postegro" kimi tətbiqlərin yayılması xalqda qorxu hissini oyatdığı üçün insanlar kibertəhlükəsizlik problemlərinə daha diqqətli yanaşmağa başladı.

Son.az ted.az-a istinadən bildirir ki, hesabınıza kimin və nə vaxt daxil olduğunu öyrənmək üçün aşağıdakı təlimatdan faydalana bilərsiniz:

1. Hesabınızda mövcud "Parametrlər" (Ayarlar) bölməsinə daxil olun;

2. "Parametrlər" bölməsində sıraca 6-cı olan "Güvənlik" düyməsini seçin;

3. Təhlükəsizlik bölməsinə daxil olduqdan sonra sıraca 3-cü olan "Qeyd olunan giriş məlumatları" (Kaydedilən giriş bilgileri) bölməsinə daxil olun.