Trampın Hindistan səfəri böyük nikbinliklə başa çatıb


Dünya 25 Fev 2020 21:21:00 112 0

Trampın Hindistan səfəri böyük nikbinliklə başa çatıb

ABŞ prezidenti və Hindistanın baş naziri Amerikanın Hindistanla 3 milyard dollarlıq hərbi avadanlıq satışı barədə razılıq əldə edəcəyini bildirib.

"Baş nazir Modi iqtisadi əlaqələrin ədaləti və qarşılıqlı olmasına səy göstərir. Bizim komanda əhatəli ticarət razılığının hazırlanmasında böyük nailiyyət əldə edib. Mən hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən razılığın əldə ediləcəyinə nikbinəm" - deyə, ABŞ dövlət başçısı bildirib.

Donald Trampın Hindistana səfərinin son günü tərəflər arasında görüş keçirilib. ABŞ dövlət başçısı deyib ki, Hindistanla əlaqələr heç vaxt görünməmiş qədər güclü olacaq.

O, Hindistanın uğurlu demokratiyasını yüksək alqışlarayaq, hər iki ölkənin terrorizmlə mübarizədə birgə çalışacağını deyib.

Tramp deyib ki, Vaşinqtonla Dehli arasında ticarət əlaqələri gücləndiriləcək.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Hindistanı dronlardan tutmuş helikopterlərə, raket sistemlərinə qədər "ən yaxşı hərbi avadanlıq"la təchiz etməyə hazırdır.

O, iki ölkə arasında kosmik əməkdaşlığı da genişləndirməyi səbirsizliklə gözlədiyini Modi də potensial ticarət sövdələşmələri barədə nikbin danışıb. O, hər iki ölkəni "təbii tərəfdaş" adlandırıb və onların Sakit okeanı hövzəsində sülh inkişaf və təhlükəsizliyin təmin edilməsinə yardım edəcəyinə söz verib.

Trampın səfərini yüksək qiymətləndirən Modi bunun ölkələr arasında yeni səhifə açdığını deyib.