Mühacirlərin "zənginlik testi"


Dünya 25 Fev 2020 21:23:00 124 0

Mühacirlərin "zənginlik testi"

Fevral ayının 24-dən etibarən Tramp administrasiyası Amerikanın ictimai yardım proqramlarından asılılıq ehtimallarına əsaslanaraq, ölkəyə mühacirət edənləri ciddi araşdırmalara məruz qoyur. Tənqdiçilər isə bunu irqçilik ayrı-seçkiliyinə dair "zənginlik testi" kimi qiymətləndirir. "İctimai ittiham qaydası" ilə bağlı ABŞ Ali Məhkəməsi tərəfindən keçən ay məhkəmə prosesinə başlanıb. Bunu ABŞ immiqrasiya vizası və ya ABŞ-da daimi yaşamaq istəyən aşağı gəlirli xarici vətəndaşlara təsir göstərəcəyi gözlənilir.

Yeni qaydalar konsulluqlar və mühacirət rəsmilərinə daha əvvəl nağd pul və ya yardım imtiyazları alan, habelə gələcəkdə sosial proqramlara ehtiyac duya biləcək insanların rədd etməsi səlahiyyəti verir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, tənqidçilər bu yeni qaydaların iqtisadi çətinlikləri olanları hədəf alacağını deyir.

"İmkanları olanların risk ehtimalı aşağıdır. Lakin azgəlirli böyük ailələr, aşağı təhsilli insanlar bu testin qurbanına çevrilə bilər."

Analitik Mark Qrinberqin dediyinə görə, yoxsul, qeyri-ağ ölkələrdən insanlar viza və "qrin kard" kimi tanınan daimi yaşayış icazəsi ala bilməmək riski qarşısındadır.

"Meksika, Mərkəzi Amerika və ya Karib dənizi hövzəsidən "qrin kard"a sahib olanlar Avropa, Avstraliya və Yeni Zelandiyadan olanlarla müqayisədə daha böyük risk altındadır" - deyə, Mark Qrinberq bildirib.

Yeni qaydaları dəstəkləyənlər onların qərəzli olduğunu rədd edir.

((Mike Howell, Heritage Foundation)) "Ağ, yaşıl, qəhvəyi, sarı kimi rəngdən asılı olmayaraq, bu qaydalar hamıya şamil edilir. Lakin bir ölkədə bir irqin daha zəngin nümayəndəsinizsə, dəgər bir ölkədə başqa bir irqin daha da uğurlu üzvü ola bilərsiniz" - deyə, Heritage Fondundan Mayk Hovell deyib.

Yeni siyasətin vizalar və "qrin kard"ların təsdiqini azaldacağı gözlənilir.