Karnaval qəzasından sonra Almaniyada 35 nəfər xəstəxanaya yerləşdirilib


Dünya 25 Fev 2020 21:26:00 127 0

Karnaval qəzasından sonra Almaniyada 35 nəfər xəstəxanaya yerləşdirilib

Almaniyanın mərkəzində karnavalı qeyd edərkən bir nəfərin izdihamın üzərinə maşın sürməyi 35 nəfər, o cümlədən 18 uşaq bir gün xəstəxanada qalmalı olub. Polis hadisənin bilərək törədildiyinə inanır və insidentin səbəbini araşdırmağa davam edir.

Şimali Hesse polisi Volkmarsen qəsəbəsindəki qəzadan sonra xəstəxanada galan insanlardan başqa daha 17 nəfərin müalicə olunduğunu və elə həmin günün ikinci yarısı evlərinə gedə biləcəklərini açıqlayıb.

Almaniyanın Bild qəzeti xəbər verir ki, hadisə yerində olan 29 yaşlı sürücü özü də başından aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bild Frankfurt prokurorlarına istinadən xəbər verib ki, vəziyyəti ilə əlaqədar olaraq onu hələ dindirmək mümkün olmayıb.

Şimali Hesse polisi Twitter-də insidentin motivinin hələ də məlum olmadığını və istintaqın davam etdiyini qeyd edib.