Ərdəbil apellyasiya məhkəməsi Yusuf Karini 2 il həbsə məhkum edib


Dünya 25 Fev 2020 21:27:00 118 0

Ərdəbil apellyasiya məhkəməsi Yusuf Karini 2 il həbsə məhkum edib

İlkin məhkəmə tərəfindən 6 il həbsə məkum olan türk fəal Yusuf Kari apellyasiya məhkəməsində 2 il azadlıqdan məhrum edilib.

İranda insan haqları pozuntularının xəbərlərini yayımlayan HRA xəbər agentliyinin məlumatına istinadən, Ərdəbil sakini olan milli fəal Yusuf Kari həmin şəhərin İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilsə də, apellyasiya məhkəməsi həbs cəzasını 2 ilə qədər azaldıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Yusuf Kari fevralın 23-də Ərdəbil vilayətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən rejimə qarşı təbliğat aparmaq ittihamından bəraət qazanıb, ancaq "milli təhlükəsizliyi pozmaq üçün iclaslarda davamlı iştirak etməklə qondarma etnik sivil qrupuna üzv olmaq" ittihamı ilə suçlanaraq 2 il həbs cəzasına məkum edilib. Daha öncə o həmin ittihamlarla mühakimə edilərək, 1 il və 5 il həbs cəzasına məruz qalmışdı. Beləliklə, "qanunsuz qrupda üzv olmaq" ittihamı ilə 5 illik həbs cəzası 2 ilə qədər azaldılıb.

Azərbaycanlı fəal keçən il sentyabrın 3-də Ərdəbilin Şəriəti Meydanında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, sentyabrın 8-də ailəsi ilə qısa telefon söhbətində Ərdəbil həbsxanasına köçürüldüyünü bildirmişdi.