Batareyaların ömrü uzadıldı – alimlər ultrasəsdən istifadə etdi


Digərləri 25 Fev 2020 21:55:00 139 0

Batareyaların ömrü uzadıldı – alimlər ultrasəsdən istifadə etdi

Yeni texnologiya batareyaların ömrünü uzada bilər.

TED.az xəbər verir ki, alimlər lityum-metal elementlərindən istifadə edərək adi lityum-ion batareyalarını əvəz etmək istəyirlər.

San Dieqoda yerləşən Kaliforniya Universitetinin bir qrup tədqiqatçıları  dendritlərin meydana gəlməsinin qarşısını alan ultrasəs dalğalarını yayan cihaz hazırlayıblar. Cihazın ölçüsü insan dırnağından daha kiçikdir.

Keçirilən araşdırma nəticəsində məlum olub ki, lityum-metal batareyaları bir neçə dəfə istifadə edildikdən sonra orijinal gücünün 82%-i saxlaya bilib.